“Biz rəqabət tərəfdarıyıq" - ABŞ-dan Azərbaycana DƏSTƏK

img

13-09-2018 [23:30]


ABŞ Azərbaycana aid "Şahdəniz" yatağından Avropaya təbii qazı nəqledıcı boru kəməri layihəsini dəstəkləyir.

Mia.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın energetika naziri Rik Perri keçirdiyi brifinqdə bildirib.

"Biz rəqabət tərəfdarıyıq. Odur ki, Azərbaycan təbii qazının Xəzər regionundan Avropaya nəqli üçün başqa bir boru kəmərinə də dəstək verdiyimizi təsdiqləmək istəyirəm”, – deyə Perri bildirib.

ABŞ rəsmisiRusiyanın həyata keçirdiyi "Şimal axını-2” layihəsinə avropalıların alternativ görmək istədiklərini qeyd edib.

"Bu barədə çox söhbətlər eşitmişəm", - deyə o əlavə edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR