Bir sıra sözlərin yazılışının dəyişdirildi - Orfoqrafiya Komissiyası qərar verdi

img

13-09-2018 [17:35]


Orfoqrafiya Komissiyasının bugünkü iclasında qəbul olunan qərara əsasən, bir sıra sözlərin yazılışı dəyişdiriləcək.

Mənbə dildə sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir sa­mit­lə yazılacaq: hüsnxət, kiloqram, kilovat, metal, mühüm, rəsmxət, sərhəd və s.

Mənbə dildə bəzi təkhecalı və çoxhecalı sözlərin sonunda işlənən qoşa ss samitindən yalnız biri yazılacaq: ekspress – ekspres, konqress-konqres, stress – stres və s.

Roma rəqəmlərindən sonra şəkilçi yazılmayacaq: beşinci – V, onuncu – X və s.

Qeyd edək ki, layihə Nazirlər Kabinetinin müvafiq qərarından sonra təsdiqlənəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR