Şriftin ölçüsü / 370 dəfə oxunub

Koçaryan: “Paşinyanı mənə ilişdiyinə görə peşman edəcəm” - Ermənistan QARIŞIR

13 Sentyabr 2018 [12:55]

Ermənistanın ikinci prezidenti Robert Koçaryan baş nazir Nikol Paşinyanı hədələyib.

Yerli saytlardan birinə müsahibə verən eks-prezident baş naziri öz düşməni adlandırıb.

"Siyasi proseslərdən danışarkən belə terminlərdən isitfadə etməzdim. Amma Paşinyanı mənə ilişdiyinə görə peşman edəcəm. Düşünürəm ki, hakimiyyətin qorxutduğu birinici instansiya məhkəməsinin hakimi mənə o qədər nifrət etmirdi ki, prosesi gecə 01:30-da təyin etsin. Bunun kimə lazım olduğunu bilirəm”.

Koçaryan Rusiya prezidenti Putinlə dost olduqlarını və postunu tərk etdikdən sonra keçən 10 il ərzində sıx münasibətlərini qoruyub-saxladıqlarını da vurğulayıb.




SON XƏBƏRLƏR