ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer “Bakı Metropoliteni”ndə ixtisar oldu - mia.az
Şriftin ölçüsü / 318 dəfə oxunub

“Bakı Metropoliteni”ndə ixtisar oldu

13 Sentyabr 2018 [11:30]

"Bakı Metropoliteni” QSC-də struktur dəyişikliyi olub.Modern.az-a daxil olan məlumata görə, dəyişikliklə Qatarların qəbulu və yola salınması üzrə növbətçı ştatı ləğv edilib. Əvəzində Platforma üzrə növbətçi ştatı yaradılıb.

Bundan əvvəl bütün işçilər imtahandan keçirilib. İmtahandan kəsilənlər, yaxud daha az bal toplayanlar ixtisar olunub. Ümumilikdə 228 işçidən 75-i imtahanlarda yüksək nəticə göstərib. Onlar yeni yaradılan ştatda çalışacaq. İxtisar edilənlərin isə daha aşağı vəzifəli işlərlə - xadimə, qataryuyan və s. işlərlə təmin ediləcəyi bildirilib.

Qeyd edək ki, buna qədər 25 stansiyada Qatarların qəbulu və yola salınması üzrə növbətçı ştatının 10 əməkdaşı xidmət edirdi. Struktur dəyişikliyindən sonra hər stansiyada 3 nəfər işçi çalışır.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a faktı təsdiqləyib. B.Məmmədov bildirib ki, struktur dəyişikliyi işlərin daha optimal hal almasına xidmət edir:

"İşçilərdən ixtisar olunan yoxdur. Belə ki, orada ixtisara düşən işçilər başqa işlərlə təmin ediləcəklər. Müasir dövrün tələbləri başqadır. Platforma üzrə növbətçi ştatı daha perspektivli olacaq, həm işçilərin özü üçün, həm də metronun təhlükəsizliyi baxımından. Bunun üçün dünya təcrübəsi və post-sovet məkanın təcrübəsi öyrənilib. Platforma üzrə qatarların qəbulu və yola salınması, platformaya nəzarət yeni yaradılmış ştatın səlahiyyətində olacaq”.




ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer
SON XƏBƏRLƏR