ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer "Hacı Mazan"ın qoçuluğu ilə bağlı cinayət işi başlandı - VİDEO - mia.az
Şriftin ölçüsü / 609 dəfə oxunub

"Hacı Mazan"ın qoçuluğu ilə bağlı cinayət işi başlandı - VİDEO

12 Sentyabr 2018 [20:12]
"Hacı Mazan" kimi tanınan iş adamı Ramazan Zeynalovun və adamlarının binasında yaşayan sakinin evinə hücum çəkməsi ilə bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanıb.

Mia.az bakipost.az-a istinadən xəbər verir ki, istintaq faktı xuliqanlıq kimi qiymətləndirib və Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə tövsif edib.


İstintaqın gedişində cinayət işinin CM-in 221-ci maddənin hansı bəndi üzrə araşdırılacağı məlum olacaq. Hadisənin bir qrup tərəfindən törədildiyini nəzərə alsaq, faktın CM-in 221.2-ci maddəsi ilə araşdırılacağı gözlənilir. Bu maddəyə görə, təqsirləndirilən şəxs və ya şəxsləri iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Məsələ ilə bağlı BakuPost.az-ın əməkdaşı Hacı Mazanla əlaqə saxlayıb. O, suallara cavab verməyərək telefonunu söndürüb: "Mənə heç bir sual verməyin. Sizi eşitmirəm, Bakıda deyiləm, Naxçıvandayam..."

Xatırladaq ki, "Hacı Mazan" və adamları Binəqədi rayonunda "İnam Bayram" MTK-nın inşa etdiyi binada Faiq Seyfullayevin mənzilinə hücum edərək, orda çəkiliş aparan Xəzər TV-nin əməkdaşlarına zor tətbiq edib, mənzil sahibini isə döyüblər. Nəticədə Faiq Seyfullayev ağır bədən xəsarətləri alıb.





ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer
SON XƏBƏRLƏR