Prezident dini icmaların maddi-texniki təchizatı ilə bağlı sərəncam verdi - 400 min ayrıldı

img

11-09-2018 [18:12]


Prezident İlham Əliyev bu gün Azərbaycanda dini icmaların maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam verib.

Mia.az bildirir ki, sərəncama əsasən, Azərbaycanda dini icmaların maddi-texniki təchizatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 400,0 (dörd yüz) min manat ayrılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR