İranın ali dini lideri Putinlə görüşdə: "Tehranla Moskva ABŞ-ın qarşısını ala bilər"

img

08-09-2018 [10:33]


İranın ali dini lideri ayətullah Əli Xamenei cümə günü Rusiya prezidenti Vladimir Putin ilə görüşünün yekununda bildirib ki, Tehran və Moskva arasında əməkdaşlığın aspektlərindən biri ABŞ-ın qarşısının alınması ola bilər.

 TASS xəbər verir ki, onun sözlərini "Fars" agentliyi sitat gətirib.

"Hər iki tərəfin əməkdaşlıq edə biləcəyi məsələlərdən biri ABŞ-ın qarşısının alınmasıdır. Çünki Amerika bəşəriyyət üçün təhlükə törədir və bu əməkdaşlıq – onun qarşısının alınması üçün düşən imkanlardan biridir", - deyə Xamenei bildirib.

V.Putin və Ə.Xamenei arasında görüş İran dini liderinin Tehrandakı iqamətgahında baş tutub. Xamenei bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR