"Rusiya və Azərbaycan regionlararası əməkdaşlıq haqqında yeni saziş hazırlayır" - Zaxarova

img

07-09-2018 [13:17]


"Azərbaycan-Rusiya regionlararası əlaqələrinin mühüm elementlərindən biri Rusiya Federasiyasının subyektlərinin Azərbaycan Respublikası ilə çoxtərəfli əməkdaşlığıdır".

Bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Əməkdaşlıq Azərbaycan hökumətinin Rusiyanın regionları hökumətləri ilə razılaşmaları əsasında inkişaf edir. Hazırda 17 belə müqavilə var, bir neçə yenisi də hazırlanır", - M.Zaxarova bildirib.

Onun sözlərinə görə, Bakıda bir sıra Rusiya regionlarının nümayəndəliklərinin, ticarət evlərinin, biznes strukturlarının və regional aviaşirkətlərin nümayəndəliklərinin olması Rusiya ilə Azərbaycan arasında regionlararası əlaqələrin effektivliyini göstərir.

"Öz növbəsində, azərbaycanlı iş adamları "Yessentuki" Sanatoriya-Kurort Mərkəzinin, eləcə də Krasnodar diyarında qida məhsulları istehsal edən zavodun tikintisinə sərmayə qoyublar. Hazırda Kabardin-Balkarda, Dağıstanda layihələr həyata keçirilir", - XİN rəsmisi vurğulayıb.

M.Zaxarova xatırladıb ki, hər il keçirilən Rusiya-Azərbaycan regionlararası forumu yeni əməkdaşlıq layihələrinin hazırlanmasının müzakirəsi üçün platformadır: "İndi növbəti, sayca 9-cu belə forum hazırlanır".


Digər xəbərlər
SON XƏBƏRLƏR