İcra başçısı, PA-nın məsul işçisi, birinci müavin... - Gəncə, Ağdam, Gədəbəyin yeni başçıları kimdir? + DOSYE

img

28-08-2018 [16:19]


Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Gəncə, Gədəbəy, Ağdam rayonlarına yeni icra başçısı təyin edib.

Yeni icra başçıların kimliyini araşdırılıb.

Məlum olub ki, Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Niyazi Müzəffər oğlu Bayramov 1956-cı il martın 26-da Bakı şəhərində anadan olub. 

O, 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib, ixtisasca hüquqşünasdır. 1980-1986-cı illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü kimi 4 saylı Hüquq məsləhətxanasında vəkil işləyib. 1986-1992-ci illərdə Səbail Rayon İcra Hakimiyyətində şöbə müdiri, 1992-1995-ci illərdə Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini, 1995-1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri yanında İnspeksiyanın rəisi, 1997-2001-ci illərdə Gəncə Şəhər Gömrük İdarəsinin rəisi, Dövlət Gömrük Komitəsində Baş İdarə Rəisinin müavini, 2009-2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin, 2012-ci ildə Sumqayıt Regional Mərkəzinin rəisi, 2012-2018-ci illərdə isə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 

Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür. Qarabağ müharibə iştirakçısıdır. Polkovnikdir. Ailəlidir, 2 övladı var.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Vaqif Bəhram oğlu Həsənov bundan əvvəl Xəzər Rayon İcra Hakimiyyəti Başçısının I müavini vəzifəsində çalışıb. 

Prezidentin "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. V.Həsənov həmçinin Bakı Hərbi Məhkəməsinin sədri Həsənov Həbib Bəhram oğlunun qardaşıdır.

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni icra başçısı İbrahim Ənvər oğlu Mustafayev "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. 

O, yeni vəzifəsinə qədər Azəbaycan Respublikası Prezidentinin Administrasiyasında məsul vəzifədə çalışıb/unikal.org


Digər xəbərlər
SON XƏBƏRLƏR