Baş nazir 7 bölgəyə qubernator təyin etdi - Aralarında Borçalı bölgəsi də var

img

20-08-2018 [13:25]


Gürcüstanın baş naziri Mamuka Baxtadze avqustun 20-də 7 bölgəyə yeni qubernator təyin edib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, onların sırasında azərbaycanlı yoxdur. Azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli (Borçalı) bölgəsinə Şalva Rexviaşvili qubernator təyin olunub.

Bu gün baş nazir yeni təyin olunan qubernatorları hökumət üzvlərinə və ictimaiyyətə təqdim edib.

Baş nazirin sərəncamları ilə Msxeta-Mtianeti bölgəsinə Şalva Kereselidzeni, Samsxe-Cavaxetiyaya Beşik Amirxanaşvili, Şida Kartliyə Georgi Xocevanaşvili, Sameqrelo-Zemo Svanetiyə Aleksandr Motseri, Quriyaya Zurab Nasaraya, İmeretiyə isə Şalleqo Tabatadze dövlət vəkili-qubernator təyin ediliblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR