Ərdoğan yenidən AKP-nin sədri seçildi - Prezident İlham Əliyev təbrik etdi

img

19-08-2018 [00:35]


Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Ədalət və İnkişaf Partiyasının sədri vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib.

Mia.az xəbər verir ki, dövlət başçısının Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubunda deyilir:

"Qurucusu olduğunuz partiyanın yenidən Sədri seçilməyiniz partiya üzvlərinin Sizə olan sonsuz inam və etimadının aşkar təzahürü, Türkiyənin inkişafı və rifahı naminə göstərdiyiniz xidmətlərə verilən yüksək qiymətdir. Bu gün Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri hərtərəfli inkişaf edir və regionda əmin-amanlığın və sabitliyin bərqərar olmasına, inkişafa töhfələr verir”.

Qarşılıqlı faydalı əməkdaşlığın, birgə gerçəkləşdirilən irimiqyaslı layihələrin strateji tərəfdaşlığımızı səciyyələndirən mühüm məqamlar olduğunu vurğulayan Prezident İlham Əliyev birgə səylərlə Azərbaycan-Türkiyə müttəfiqliyinin və qardaşlığının bundan sonra da möhkəmlənəcəyinə və inkişaf edəcəyinə əminliyini ifadə edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR