17-08-2018 [16:49]
Baş Prokurorluq, DİN və DTX Gəncə icra başçısı Elmar Vəliyevin güllələnməsi ilə bağlı növbəti məlumat yayıb.
Mia.az-a daxil olan məlumatda qeyd edilir ki, xəbər verildiyi kimi, 2018-ci il iyul ayının 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov həmin silahları müvəqqəti qaytardıqdan sonra Hamlet Abdullayev "Makarov" tapançasını pul müqabilində Pərviz Bayramova və "Kalaşnikov" avtomatını dayısı, Gəncə şəhər sakini Aydın Qurbanova vermiş, "Marqulin" markalı tapança isə Anar Bağırovda qalmışdır.
Aydın Qurbanovun və Anar Bağırovun gizlətdikləri silahların və sursatın yerinin müəyyən edilməsi məqsədilə onların Gəncə şəhərində qeydiyyatda olduqları ünvanlarda axtarış aparılmışdır. Nəticədə Aydın Qurbanovun yaşadığı binanın çardağından "Kalaşnikov" avtomatı, ona aid 56 ədəd patron və 1 ədəd sandıqça, Anar Bağırovun yaşadığı binanın zirzəmisindən "Marqulin" markalı tapança, ona aid 47 ədəd patron, 132 ədəd avtomat patronu, "Teksun" yağ qabının içində gizlədilmiş daha 273 ədəd avtomat və tapança patronu, 8 ədəd sandıqça, habelə mənzilindən radikal dini məzmunlu materiallar olan və faşizmi təbliğ edən 36 ədəd kompakt disk aşkar edilərək götürülmüşdür.
Aydın Qurbanov və Pərviz Bayramov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3-cü (mütəşəkkil cinayətkar dəstə tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, başqasına vermə, satma, saxlama, gəzdirmə, daşıma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilmişdir.
Müvafiq cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri intensiv surətdə davam etdirilir.
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib