"Azərbaycan Ordusu Qarabağda əməliyyat keçirməyib..." – Nazirlikdən erməni təxribatına cavab

img

17-08-2018 [15:09]


Azərbaycan Ordusunun bölmələri heç bir əməliyyat həyata keçirməyib və əməliyyat şəraitinə tam nəzarət edir.

Bu barədə Mia.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Erməni KİV-lərində bu gün Azərbaycan Ordusunun guya diversiya hücumu etməsi haqda yayılan məlumatlara münasibət bildirən nazirlik bəyan edib ki, düşmən tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil, onun növbəti yalanı və təxribatıdır: 

"Erməni kütləvi informasiya vasitələrində yayılan bu məlumat Ermənistan ordusunun çökməsindən və öz cəmiyyətində hökm sürən deqradasiyadan diqqəti yayındırmaq cəhdindən başqa bir şey deyil. Azərbaycan Ordusunun bölmələri heç bir əməliyyat həyata keçirməyib və əməliyyat şəraitinə tam nəzarət edir".



Digər xəbərlər
SON XƏBƏRLƏR