Prezidentdən Qaradağla bağlı sərəncam - Yol tikintis üçün 11.6 milyon vəsait ayrıldı

img

16-08-2018 [18:22]


Bu gün prezident İlham Əliyev Qaradağ rayonunun Sanqaçal–Çeyildağ avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam verib.

Mia.az xəbər verir ki, sərəncama əsasən, altı min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Sanqaçal–Çeyildağ avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11,6 milyon (on bir milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR