Zakir Qaralovun qəbul vaxtı dəyişdirildi - Baş Prokurorluqdan açıqlama

img

16-08-2018 [11:27]


Baş prokuror Zakir Qaralovun avqustun 17-nə nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, qəbul avqustun 24-də saat 10:00-da Saatlı rayon Prokurorluğunun inzibati binasında keçiriləcək.

Z.Qaralov həmin gün Şirvan şəhər, Saatlı, Sabirabad, Salyan və Hacıqabul rayon sakinlərini qəbul edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR