ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer 596 bal topladı, ixtisas seçimi etdi, lakin kənarda qaldı - DİM-dən ilginc hadisəyə reaksiya + FOTOFAKT - mia.az
Şriftin ölçüsü / 1920 dəfə oxunub

596 bal topladı, ixtisas seçimi etdi, lakin kənarda qaldı - DİM-dən ilginc hadisəyə reaksiya + FOTOFAKT

16 Avqust 2018 [12:59]

Builki qəbul imtahanlarından sonra keçirilən ixtisas seçimi prosesində ilginc hadisə baş verib. Belə ki, abituriyent keçid balını ötüb və topladığı bala uyğun ixtisasları seçib, lakin heç bir ali məktəbə daxil olmayıb.  

Mia.az xəbər verir ki, bu barədə təhsil üzrə ekspert Kamran Əsədov məlumat verib. O bildirib ki, ilk dəfədir ki, belə bir halla rastlaşır:

"Çox təəccüblü bir məsələ ilə qarşılaşdım. Mənə bir abituriyent müraciət edib. Bu şəxs 596 bal toplayıb. Seçdiyi ixtisaslardan bir neçəsinə tələb olunan keçid balı keçsə də, heç bir yerə qəbul olmayıb. Yəni, 15 illik təcrübəmdə belə şey görməmişəm. Elektron ərizəsində görünür ki, seçdiyi neçə yerin keçid balını keçib. Amma heç bir yerə daxil olmayıb.Deyəsən, DİM sürüşdürüb".

Ekspert onu da bildirib ki, onlardan şəxsi kabinetin istifadəçi adı və parolunu istəyib, amma mənə verilən fin kod və parol ilə elektron ərizəyə dxil ola bilməyib: 

"İndi Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxladım. Mənə məlumat verildi ki, abituriyent tərəfindən mənə göndərilən elektron ərizəyə müdaxilə olunub. O fotoşopdur. Yəni əslində abituriyentin toplaıdğı bal 596 deyil. Mən bu məsələnin bütün hüququ yolarla həllini təmin edəcəm. Əgər bu valideyn tərəfindən edilən addımdırsa o, zaman DİM-i ciddi məhkəmə gözləyir. Yenədə deyirəm ki, bu məsələ ilə bağlı DİM-in mövqeyi odur ki, sənəd fotoşopdur".

***

Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanlarında 596 bal toplayıb heç bir ali məktəbə qəbul oluna bilmədiyini iddia edən abituriyentlə bağlı məsələyə aydınlıq gətirib. 

Mərkəzdən bildirilib ki, abituriyent Əsgəri İbrahim Əli oğlu ilə bağlı məsələ araşdırılıb.

Qeyd olunub ki, sosial şəbəkələrdə yayılan həmin şəkilə fotoşop proqramı ilə müdaxilə edilib: "Həmin proqramla abituriyentin topladığı bal daha yüksək göstərilib və belə təəssürat yaradılıb ki, o, yuxarı bal toplasa da, heç bir ali məktəbə qəbul ola bilməyib. Belə hallar daim müşahidə olunur. Bəzən abituriyentlər öz valideynlərinə, yaxud da kimlərəsə nəticəsini göstərməklə bağlı tərəddüd edir. Hətta DİM-ə müraciət edən valideynlər bildirirlər ki, övladının dediyi balla yekun nəticə üst-üstə düşmür”.

DİM-dən bildirilib ki, həmin abituriyent əslində daha aşağı bal toplayıb: "Ona görə də müsabiqədən keçməyib. Sadəcə toplanan bal şəxsi göstərici olduğundan dəqiq rəqəmi demək mümkün deyil. Amma ixtisas üzrə keçid ballarında da aşağı nəticə göstərib. Bu, 300 baldan da aşağıdır”.

Qeyd edək ki, Əsgəri İbrahim Əli oğlu IV ixtisas qrupu üzrə imtahan verib. Sosial şəbəkələrdə yayılan şəklə əsasən o, yay imtahanında 596 bal toplasa da, müsabiqədən keçə bilməyib/Report. 

***

Həmi abituriyentin elektron ərizəsinin fotosunu təqdim edirik:




ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer
SON XƏBƏRLƏR