Ali məktəbə daxil olan abituriyentlərin diqqətinə - Qeydiyyat başlandı

img

16-08-2018 [10:21]


Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər avqustun 16-dan 28-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Mia.az Dövlət İmtahan Mərkəzinə istinadən bildirir ki, abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər: "Abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR