Türkiyə iki yunan əsgərini həbsdən buraxdı - Rəsmi Afina bəyanat verdi

img

14-08-2018 [21:57]


Türkiyənin iki yunan əsgərini azadlığa buraxması rəsmi Afina tərəfindən alqışlanıb.

Mia.az Türkiyə mətbuatına istinadən bildirir ki, Yunanıstanın baş naziri Alekis Çipras bununla bağlı xüsusi açıqlama yayıb.

O, azad edilən iki əsgəri salamlayaraq, Türkiyənin bu addımının bölgədə sabitliyə böyük dəstək olacağını deyib:

"Yunan əsgərlərinin sərbəst buraxılması bölgədə dostluq, yaxşı qonşuluq və sabitliyin güclənməsinə dəstək olacaq bir addımdir".

Xatırladaq ki, bu gün  Türkiyə bu ilin mart ayında sərhədini qanunsuz keçən iki yunan əsgərini azad edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR