“ASAN xidmət” mərkəzləri bir saat işə tez başlayacaq - Açıqlama

img

14-08-2018 [11:01]


"Çoxsaylı müraciətləri və aparılan statistik təhlilləri nəzərə alaraq vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə avqustun 20-dən "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərində xidmət daha erkən başlayacaq". 

Bu barədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Mia.az-a verilən məlumata görə, həmin tarixdən "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzləri həftənin bazar ertəsi – cümə günləri saat 09:00-dan 19:00-dək, şənbə və bazar günləri isə 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək:

"Yalnız "ASAN Kommunal” mərkəzlərində bazar günü qeyri-iş günüdür.

Eyni zamanda 108 Çağrı mərkəzinin iş rejimində də dəyişiklik ediləcək. Mərkəz bazar ertəsi - cümə günləri saat 09:00-dan 18:00-dək, şənbə günü isə saat 09:00-dan 13:00-dək fəaliyyət göstərəcək".

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub