Qurban Qurbanov: "Sabah bizi daha ağır oyun gözləyir"

img

13-08-2018 [23:46]


 "Daha öncə BATE-nin çox yaxşı komanda olduğunu bildirmişdim. Bakıdakı ilk oyun çox çətin oldu, sabah bizi bundan da ağır oyun gözləyir".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Belarusda BATE ilə keçirəcəkləri Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan öncə deyib.

Mütəxəssis bildirib ki, hazırkı məqamda nə qədər çətin olsa da, başqa çıxış yolu yoxdur: "Nəticə qazanmaq üçün meydanda ən yaxşısını etməyə çalışacağıq".

"Qarabağ" ilk görüşdə 0:1 hesabı ilə uduzub. "Borisov Arena"da keçiriləcək cavab görüşü Bakı vaxtı ilə saat 21:00-da başlanacaq/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR