Koçaryanın həbsi qeyri-qanunidir? - Məhkəmədən gözlənilməz qərar

img

13-08-2018 [17:41]


 Ermənistan Apellyasiya Məhkəməsi ölkənin keçmiş prezidenti Robert Koçaryanın həbsinin qeyri-qanuni olduğunu dair qərar çıxarıb.

Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.

Qeyd edək ki, sabiq prezidentin vəkilləri həbsin qanunsuzluğuna dair şikayət ərizəsini avqustun 10-da veriblər.

Xatırladaq ki, bu ilin iyulun 26-da Xüsusi İstintaq Xidməti 2008-ci il martın 1-də etiraz aksiyalarının dağıdılmasına dair cinayət işi çərçivəsində R.Koçaryana qarşı Konstitusiya quruluşunun devirilməsi ittihamını irəli sürüb. Bundan bir gün sonra o, iki ay müddətinə həbs olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR