"Moody's"dən hesabat: "Azərbaycanın real ÜDM-i artıb..."

img

13-08-2018 [16:33]


Azərbaycanın "Ba2 Sabit" kredit reytinqi ölkənin ümumi dövlət borcunu və verdiyi zəmanətləri, eyni zamanda zəif bank sektorunu əks etdirir.

Bu barədə "Moody's" beynəlxalq reytinq agentliyinin açıqlamasında bildirilir. 

"Bununla belə, ölkənin böyük maliyyə aktivləri kredit profilinə əhəmiyyətli dərəcədə dəstək olur", - deyə hesabatda qeyd edilib.

"Moody`s" həmçinin bəyan edib ki, bu il Azərbaycanın real ümumi daxili məhsulu (ÜDM) 2017-ci ildə 0,1%, 2018-ci ilin ilk 5 ayında isə 1,6% artıb. İqtisadi inkişaf göstəricisinin 2018-ci ilin yekununda 2%, 2019-cu ilin yekununda isə 3% təşkil edəcəyi proqnozlaşdırılır. 

"Artım neftin bahalaşması və təbii qaz ixracının həcminin artması hesabına olacaq", - deyə "Moody`s" vurğulayıb/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR