Ərdoğan Putindən yardım istəyib? - Rusiya açıqladı

img

13-08-2018 [16:13]


Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Vladimir Putinlə son telefon danışığında rusiyalı həmkarından hər hansı kömək istəməyib.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən deyib. O, Türkiyə iqtisadiyyatında yaranan problemlərlə bağlı prezident Ərdoğandan yardımla bağlı hər hansı xahişin daxil olmadığını vurğulayıb.

"Əgər Ankaradan belə bir xahiş daxil olarsa, Rusiya Türkiyəyə kömək edə biləcəkmi” - sualına cavab olaraq Peskov bildirib ki, bu tip hipotetik mülahizələri mümkün hesab etmir.

Peskov qeyd edib ki, Türkiyə iqtisadiyyatındakı problemlər Rusiya ilə ikitərəfli layihələrə təsir etmir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR