Hafiz Hacıyevdən İlqar Məmmədovun həbsdən çıxmasına reaksiya: "İnanıram ki, bundan sonra dövlət, xalq naminə çalışacaq"

img

13-08-2018 [14:27]


REAL Partiyasının sədri İlqar Məmmədov 5 il 6 aydan sonra bu gün azadlığa buraxılıb.

Müasir Müsavat Partiayasının sədri Hafiz Hacıyev İlqar Məmmədovun azadlığa çıxmağı müsbət hadisə kimi dəyərləndirib: 
"Buna görə Azərbaycan qınaq obyektinə tuş gəlmişdi. Çox sayda beynəlxalq təşkilat Azərbaycanı İlqar Məmmədovun həbsinə görə qınayırdı, sanksiya ilə hədələyirdilər. İlqar Məmmədovu azadlığa çıxması münasibəti ilə təbrik edirəm. O da bir siyasi təşkilatın sədridir, inanıram ki, bundan sonra dövlət, xalq naminə çalışacaq. Mən də öz müsabihələrimdə İqar Məmmədovun azadlığa çıxması üçün müəyyən dairələrə müraciət etmişəm ki, Avropa məhkəməsi bu haqda qərar çıxarıbsa, bunu reallaşdırmaq lazımdır. Hər halda onun azadlığa çıxması çox normaldır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR