İran Asiya ölkələrnə nefti ucuz qiymətə satacaq: "Bu bazar İran üçün daha böyük əhəmiyyət daşıyır"

img

13-08-2018 [13:22]


 İran Asiya qitəsi ölkələrindən olan müştərilərə nefti endirimli qiymətlə satmaq niyyətindədir. 

"Report" İran mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Neft Nazirliyindəki mənbə bildirib.

Onun sözlərinə görə, hazırda neft satışı ilə bağlı uzunmüddətli müqavilələrin bağlanması ilə bağlı danışıqlar aparılır.

 "Asiya bazarı İran üçün digər bazarlarla müqayisədə daha böyük əhəmiyyət daşıyır. Hindistan və Çin kimi sürətlə inkişaf edən ölkələr daha çox neft idxal edir", - deyə mənbə qeyd edib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR