Prezidentlər Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanı imzaladı - Fotolar

img

12-08-2018 [19:00]


Bu gün Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısı keçirilir.

Mia.az TASS agentliyinə istinadən xəbər verir ki, konfransda Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistan prezidentləri Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanı imzalayıblar.

Bundan əlavə, Xəzəryanı dövlətlərin müvafiq qurumlarının rəhbərləri tərəfindən bu Konvensiyadan irəli gələn digər mühüm sənədlər imzalanıb.

Qeyd edək ki,Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya 20 ildən artıq aparılan danışıqlar prosesində hazırlanıb. Kovensiya 5 dövlətin Xəzər dənizindəki müstəsna hüququ və məsuliyyətini müəyyən edir, kollektiv istifadə üçün aydın qaydalar müəyyən edir.



Digər xəbərlər
SON XƏBƏRLƏR