"Biz niyə Amerikanın Türkiyə əleyhinə siyasəti qarşısında təslim olmalıyıq?" - Politoloq

img

10-08-2018 [19:45]


"Azərbaycanın Rusiya və Türkiyədən sərmayəsini geri çəkmək təklifinin siyasi risqləri böyükdür. Dövlət Neft Şirkəti Türkiyədəki neft və kimya sənayesinə milyardla dollar yatırım qoyub, tək elə Star zavodunun inşasına 6 milyard dollardan çox yatırım qoyulub. Zavod oktyabr ayında işə düşəcək və ilbəil Türkiyəyə və Azərbaycana gəlir gətirəcək. İndi bu yatırımdan necə imtina etmək olar?".

Mia.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, fərz edək ki, imtina etdik: "Türkiyə bu addımımıza seyrçmi qalacaq? Onsuz da Azərbaycan-Türkiyə münasibətlərini pozmaq istəyənlər pusqudadırlar, bu ən çox da işğalçı Ermənistanın işinə yarayacaq.

Soyuqqanlı olmalıyıq. Bəli, lirə sürətlə dəyərdən düşür və bunda Amerikanın Türkiyəyə qarşı sanksiyalarının rolu var. Ancaq Türkiyə strateji müttəfiqimizdir, Amerikanın sanksiyaları qarşısında qazanc gətirəcək yatırımlardan imtina etməməliyik. Onda belə çıxır ki, nə vaxtsa Azərbaycanda da manatla bağlı təhlükə yaransa, Türkiyə də Azərbaycandakı yatırımlarınımı geri çəkməlidir? Türkiyə neçə il əvvəl manat devalvasiyaya uğrayanda bunu etmədisə, yenə etməz. Belə isə biz niyə Türkiyədəki lirənin enməsi və Amerikanın Türkiyə əleyhinə siyasəti qarşısında təslim olmalıyıq?".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR