"Lazımsız yerə dollar almayın..." - Sabiq deputat manatın "ölməyəcəyi"ni deyir

img

10-08-2018 [17:41]


"Rusiya, İran və Türkiyədə baş vermiş devalvasiyalar daha çox siyasi səbəblərdən qaynaqlanır, ona görə təlaşlanmayın və lazımınız deyilsə, xarici valyuta almayın". 

Mia.az xəbər verir ki, bunu sabiq deputat, iqtisadçı Nazim Bəydəmirli deyib.

Onun sözlərinə görə, ticarət tərəfdaşlarımız olan bu ölkələrdəki devalvasiyalar bizə idxal olunan malların qiymətini ucuzlaşdırmalıdır: "El dili ilə desək, bu, bizə xeyirlidir. Ancaq bizdə həmişə qiymətlərlə bağlı iqtisadi məntiqin əksi baş verir.Ancaq bu günə yaxşı məlumat odur ki, manat əsasən neft-qaz faktoruna bağlıdır ki, o sahədə də hasilat və qiymət stabildir. Bu baxımdan manat "ölməyəcək". Vay o gündən ki, neftin bir "boçkası"nın qiyməti 45 $-dan aşağı düşsün, o zaman biz hamımız daha da kasıblaşacağıq".

İqtisadçı deyib ki, hökumət neftin qiyməti 45 dollara çatmamış həqiqi islahat aparmalıdır: "Real sektora, sahibkarlığa dəstək olsun, iqtisadiyyatı şaxələndirsinlər".

Sonda sabiq deputat bir daha bildirib ki, lazımsız yerə dollar almağa tələsməyin.

Digər xəbərlər
SON XƏBƏRLƏR