Şriftin ölçüsü / 1701 dəfə oxunub

“Kimin yastığının altında dollar, qızıl varsa,...” - Ərdoğandan xalqa çağırış

10 Avqust 2018 [16:40]

"Dollar-mollar bizim yolumuzu kəsə bilməz.Yenidən təkrarlayıram: kimin yastığın altında dolları, qızılı, avrosu varsa, gəlib mübadilə etsin”.

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bayburt şəhərində mitinqdə çıxışı zamanı deyib. Ərdoğan deyib ki, bu məsələ milli mübarizədir.

"Bizə qarşı iqtisadi müharibə elan edənlərə mənim xalqımın cavabı olacaq. Bu gün üçün deyil də nə zaman? Milli pulumuzla bunlara cavab verək”.

Qeyd edək ki, Türkiyə lirəsi bu gün dollar qarşısında rekord həddə ucuzlaşıb. Hazırda 1 dollar 6 TL civarındadır/Modern.az



SON XƏBƏRLƏR