Şriftin ölçüsü / 359 dəfə oxunub

Bakı aeroportunda sərhəddən keçməklə bağlı problem yaranıb - FOTO

10 Avqust 2018 [15:17]

Təxminən, 40 dəqiqədir ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan Azərbaycana daxil olmaq istəyən yerli və xarici vətəndaşlar problemlə üzləşiblər.

Sərnişlərin "Report”a verdiyiməlumata görə, insanlar sərhəd-buraxılış məntəqəsindən keçə bilmirlər.

Buna səbəb aeroportda vətəndaşların qeydiyyatı üçün istifadə olunan proqram təminatının donmasıdır.

***

Məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən"Report"a bildirilib ki, hava limanının rabitə qovşağında aparılan profilaktik işlərlə əlaqədar vətəndaşların qeydiyyatı sisteminin fəaliyyətində 20 dəqiqəlik fasilə yaranıb. Artıqsistemin fəaliyyəti bərpa olunub.




SON XƏBƏRLƏR