Banklarda dollar satışına niyə limit qoyulub? - SƏBƏB

img

10-08-2018 [14:49]


"Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin sədriZakir Nuriyevbanklarda ABŞ dollarının satışına limit qoyulmasına münasibət bildirib.

Mia.az xəbər verir ki, o, "report”a açıqlamasında bunları deyib: "Limitin tətbiqi ilk növbədə valyuta bazarında möhtəkirlik hallarının qarşısını almaq məqsədi daşıyır. Bəzi işbazarlar kütləvi şəkildə dolları alıb, sonra onu baha satış çıxarırlar, bazarda gərginlik yaradırlar. Yəni, hansı siravi vətəndaş nəyə görə birdən-birə 100 min dollar almalıdır ki?

Buna görə də, dolların nağd şəkildə satışına limit qoyulub. Nağdsız satışda isə limit yoxdur. İstənilən qədər məbləği hesaba qoymaq, kartla ödəniş etmək olar. Bu tədbirlərin məqsədi həm də odur ki, nağd hesablaşmalar məhdudlaşdırılsın, nağdsız hesablaşmalar stumillaşdırılsın. Dövriyyədə şəffaflıq təmin olunsun”.


Digər xəbərlər
SON XƏBƏRLƏR