Tərtər rayonunda bişilmiş taxıl sahələrini yandıran iki nəfər saxlanılıb - Polis tərəfindən

img

10-08-2018 [14:36]


Tərtər rayonunda bişilmiş taxıl sahələrini yandıran iki nəfər saxlanılıb.

"Report"un Qarabağ bürosunun məlumatına görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Bürünc və Qarağacı kəndlərində əkinə yararlı torpaq sahələrini yandıran rayon sakinləri müəyyən edilərək saxlanıb. 

Tərtər rayon sakinləri - Rahim Fərman oğlu Qurbanov və Sirac Muxtar oğlu Babayev törətdikləri əməli etiraf ediblər. Onlar bildiriblər ki, özlərinə məxsus biçilmiş taxıl sahəsində yanğın torətmələrinə səbəb növbəti əkinə hazırlıq işlərinin görülməsi olub. 

Tərtər Rayon Polis Şöbəsinin təhqiqatcısı Natiq Şirinovun "Report"un yerli bürosuna  verdiyi məlumata görə, yanğın hadisəsini törədən şəxslər ekologiyaya ziyan vurmaqla bərabər, torpağın üst münbit qatına da ziyan vurublar. Bununla da həmin şəxslərin barəsində İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi məqsədilə qəbul edilmiş qərarın surəti Tərtər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinə göndərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR