10-08-2018 [13:49]
"Hökumətin ölkəyə gətirilən mobil telefonlara görə gömrük rüsumlarını artırması səriştəsizlikdən qaynaqlanır”.
Bu sözləri Mia.az-a açıqlamasında iqtisadçı Məhəmməd Talıblı deyib.
Onun sözlərinə görə, əslində iqtisadiyyatda bütün qərarlar iqtisadi baxımdan həssas sosial təbəqəni nəzərə almaqla verilməlidir:
"Belə qərarlar eksplerent ("qaranquş”) firmalara yox, patiyent ("tülkülər”) firmalara yönəlik olmalıdır. Patiyent firmalar – eksluziv mallar istehsal edən və ya sataraq onların elit təbəqələrin tələblərini təmin edirlər. Onlar ekskluziv malların satışı, yüksək markalar hesabına böyük pullar qazanırlar. Dövlət onların alıcılarının xərclədiyi pullar hesabına aşağı təbəqəli insanlara güzəşt zonası tanıyır. Və bunu təşviq edən addımlar atır. Eksplerent ("qaranquş”) firmalar isə bazarda istehlakçı axtarışında olan məhsul satışı üçün vurnuxan firmalardır”.
İqtisadçı deyir ki, bu qərardan sonra Azərbaycanda mobil telefon bazarında 100 dollara qәdәr telefonlara 30 AZN, 701-1000 dollara qədər qiyməti olan telefonlara 100 AZN və 1001 vı artıq qiymətə olan telefonlara isə 150 AZN rüsum alınacaq:
"Bu zaman daha bahalı telefon alanlar daha az, daha ucuz telefon alanlar isə daha çox vəsait ödəmək məcburiyyətində qalacaq. Zəif istehlakçıdan və əksəriyyəti əhatə edən telefon alıcılarından daha çox yığım alınacaq, Yüksək gəlirli və satınalma gücü böyük olan alıcılardan isə daha az rüsum tutulacaq. Nəzərə alanda ki, daha çox alıcılar aşağı və orta ölçülü mobil telefonlar alırlar, bu zaman məqsəd bu yığım əmsalları ilə dövlət büdcəsinə daha çox vəsait qazandırmaqdır. Halbuki rüsumların əsas məqsədi dövlət büdcəsinə vəsait qazandırmaq deyil, həm də qazanmaqdır”.
İqtisadçı bildirir ki, hökumətin məqsədi əslində, iqtisadiyyatı tənzimləmək olmalıdır:
"Tənzimləmək üçünsə, vergi və qeyri-vergi dərəcələri o zaman artırılır ki, həmin malların və ya əvəzedicilərinin ölkədə istehsalı olsun. Dövlət bununla daxili bazarı və milli istehsalçını xarici rəqabətdən qoruyur. İndiki halda, Azərbaycanda mobil telefon istehsal etmir. Demək onları da xarici təzyiqdən qorumağa ehtiyac da yoxdur. Ona görə düşünürəm ki, bu addımın həssas sosial qrupların ailə büdcələrinin zəifləməsinə, cəmiyyətdə gəlir bərabərsizliyinə yol açması, dövlət büdcəsini doldurmaq üçün düşünülən bir addımdır. Bu mənada mövcud addımın bir neçə baxımdan iqtisadi mənası yoxdur”.
Ceyhun Bayramov İran səfiri ilə bir arada: nələr müzakirələr olunub?
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)