Milli Məclis parlamentlərarası dostluq qruplarına yeni rəhbərlər seçəcək

img

10-08-2018 [10:29]


Milli Məclisin payız sessiyasında parlamentlərarası əlaqələr üzrə işçi qruplarına yeni rəhbərlər seçiləcək.

Modern.az-ın Milli Məclisdən əldə etdiyi məlumata görə, hazırda 5 parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri vəzifəsi boşdur.

Bunlar, Azərbaycan - Almaniya, Azərbaycan - Cibuti, Azərbaycan - Kanada, Azərbaycan – Türkmənistan və Azərbaycan – Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri vəzifəsidir.

Payız sessiyasında Milli Məclisin iclasında parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərinin seçilməsi məsələsinə baxılacaq. Və işçi qruplarına yeni rəhbərlər seçiləcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR