Şriftin ölçüsü / 220 dəfə oxunub

"Suriya ilə Türkiyə arasında əlaqələrin normallaşması üçün müzakirələr aparılır" - Rəsmi Moskva

10 Avqust 2018 [00:23]
"Suriya ilə Türkiyə arasında əlaqələrin normallaşması üçün müzakirələr aparılır".

Bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova söyləyib.

Zaxarova Moskvanın Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşması üçün addımlar atdığını, bu məqsədlə hərbi rəsmilər və diplomatlar arasındakı danışıqlardan istifadə edildiyini bildirib:

"Regiondakı vəziyyətin həm siyasi, həm hərbi, həm də geosiyasi baxımdan çox çətin olduğunu yaxşı anlayırıq. Rusiya yalnız ölkələrin bir-biriləri ilə təmas qurması üçün səy göstərmir, vəziyyətin ümumi mənada sabitləşdirilməsi üçün də addımlar atır".

Axar.az


SON XƏBƏRLƏR