Azərbaycan neftinin qiyməti ucuzlaşdı - Son qiymət

img

09-08-2018 [23:19]


CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 73,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,16 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 8-də 72,51 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,14 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 8-də 68,93 dollar/barel təşkil edib ki, bu da  əvvəlki qiymətdən 2,06 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 8-də 70,5 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,22 dollar/barel azdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR