60 yaşlı kişi dənizdə boğuldu - Lənkəranda faciə

img

09-08-2018 [21:33]


Fövqəladə Hallar Nazirliyindən (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran şəhərində dənizdə, ən yaxın xilasetmə məntəqəsindən 400 metr məsafədə nəzarətsiz ərazidə bir nəfərin batması barədə məlumat daxil olub.

Mia.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb edilmiş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu 1959-cu il təvəllüdlü Ağayev Mirnazim Mirhəsən oğlunun cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR