Şriftin ölçüsü / 137 dəfə oxunub

Rusiya rublu ilin sonuna qədər 13-14% ucuzlaşa bilər - ABŞ-ın sanksiyası səbəbindən

09 Avqust 2018 [15:44]
Ötən gün Rusiyada ABŞ dollarının məzənnəsi 2 rubl və yaxud 3% artaraq son 21 ay üzrə rekord həddə 63,5 rubla çatdı.

"Report”un analitik qrupu bildirir ki, buna səbəb ABŞ-ın Rusiyaya qarşı tətbiq etməyə hazırlaşdığı yeni sanksiyalardır.

Sanksiyaların məqsədi Rusiyanı 2016-cı ildə ABŞ-da keçirilmiş seçkilərə müdaxilə etdiyinə, növbəti seçkilərlə bağlı, həmçinin ABŞ senatorlarına qarşı casusluq cəhdlərinə, kimyəvi silahlardan istifadəyə görə cəzalandırmaqdır. Onlar qüvvəyə minəcəyi təqdirdə ABŞ-dan olan investorlar Rusiya istiqrazlarını əldə edə bilməyəcək, ABŞ bankları Rusiya bankları ilə, konkret olaraq "Sberbank”, "VTB Bank”, "Qazprombank”, "Promsvyazbank”, "Rosselkhozbank” və "Vnesheconombank” ilə əməliyyatları minimallaşdırmalı olacaq.

Bundan başqa, Rusiyanın milli aviadaşıyıcısı "Aeroflot” şirkətinin ABŞ-a uçuşlarına məhdudiyyət də qoyula bilər. Yeri gəlmişkən, bu gözlənti fond birjalarında aviaşirkətin səhmlərinin bir günə 12,25% ucuzlaşmasına səbəb olub. Rusiyanın səhm bazarındakı vəziyyətiu əks etdirən "iShares MSCI Russia ETF ERUS” indeksi isə 4,22% geriləyib.

"Sanksiya qoxusu” Rusiyanın 10 il müddətinə tədavülə buraxılmış dövlət istiqrazlarını da ucuzlaşdırıb. Borc alətlərinin qiyməti ilə tərs mütənasib olan onların illik faiz dərəcəsi 0,2 faiz bəndi artaraq 8,09%-ə yüksəlib.

ABŞ-ın təzyiqləri davam edərsə, ən azı ilin sonuna qədər Rusiyanın maliyyə bazarında vəziyyət riskli olacaq və rubl dollar qarşısında dəyərini daha 13-14% itirə bilər. 


SON XƏBƏRLƏR
15:02 17.08.2018
Rusiya ABŞ-a nota verdi
13:44 17.08.2018
CƏBRAYILLILAR...