Şriftin ölçüsü / 133 dəfə oxunub

Səhiyyə naziri Ucara gedir - Qəbul

09 Avqust 2018 [14:55]
Səhiyyə naziri Oqtay Şirəliyev avqustun 10-da saat 11:00-da Ucar Mərkəzi Rayon Xəstəxanasında vətəndaşları qəbul edəcək.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, qəbulda Ucar, Göyçay, Kürdəmir və Ağsu rayonlarının sakinləri iştirak edə bilərlər. 

Görüşdə səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Ucar Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.


SON XƏBƏRLƏR