ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide Ağdaşda silahlı insident - Müəllim öldürüldü (TƏFƏRRÜAT) - mia.az
Şriftin ölçüsü / 488 dəfə oxunub

Ağdaşda silahlı insident - Müəllim öldürüldü (TƏFƏRRÜAT)

09 Avqust 2018 [14:08]

Ağdaş rayonundakı qətl hadisəsinin təfərrüatı məlum olub.

Mia.az "Report”a istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndi yaxınlığındakı qəbiristanlıqda qeydə alınıb. Belə ki, Ağdaş şəhər sakini, karate müəllimi Nizami İsmayılov odlu silahdan (ov tüfəngi olduğu bildirilir) açılan atəşlə qətlə yetirilib. Hadisə qatilin qohumları ilə öldürülən şəxs arasında illərdən bəri sürən münaqişə və düşmənçilik zəminində baş verib. Vaxtilə karate məşqçisi kimi rayonda yaxşı tanınan Nizami İsmayılov illər əvvəl qətli törədən şəxsin yaxın qohumlarından birinə davada ölümcül zərbə vurub. Bu gün baş verən qətldən əvvəl də hər iki tərəf arasında çoxsaylı münaqişə yaşanıb. Hadisəni törədən Hüseyn adlı gənc daha sonra polisə təslim olub.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

***

Ağdaş rayonunda idman müəllimi öldürülüb.

Mia.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndi ərazisində baş verib.

İlkinməlumata görə, Nizami adlı idman müəllimi həmkəndliləri tərəfindən tüfənglə vurularaq öldürülüb.Hadisənin şəxsi zəmində baş verdiyi bildirlir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Əlavə məlumat veriləcək.




ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR