09-08-2018 [13:06]
Tramp Administrasiyası rahib Bransonu azadlığa buraxmaqdan imtina edən rəsmi Ankaraya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.
Mia.az "Sputnik Azərbaycan"a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu "Wall Street Journal" nəşri məlumat yayıb.
Dion Nissenbaumun müəllifi olduğu yazıda qeyd olunur ki, Türkiyədən gələn heyətlə görüşən amerikalı rəsmilər iki ildir terror ittihamı ilə həbs olunan və bir qədər öncə ev həbsinə məhkum olunan amerikalı rahib Endryu Bransonun dərhal azad olunacağına dair zəmanət ala bilməyib. Bu vəziyyət isə iki ölkə arasında böhranı dərinləşdirərkən, eyni zamanda Tramp Administrasiyanın yeni sanksiyalar tətbiq etməsi üçün zəmin yaradıb.
Rəsmilər Vaşinqtonda baş tutan görüşlərin Türkiyə iqtisadiyyatını çətin vəziyyətə salan duruma bir çarə olmayacağını xatırladıb.
Qəzetə danışan amerikalı rəsmilər rahib Bransonun ötən ay baş tutan məhkəmə prosesində azadlığa çıxacağına dair razılığa gəldiklərini və bunun baş tutmadığını gördükləri zaman çox təəccübləndiklərini bildiriblər. Bir həftə davam edən ağır müzakirələrdən sonra Bransonun iyulun sonunda ABŞ-a geri göndərilməsinə dair razılıq əldə olunub. Lakin rahib Branson bunun əvəzinə İzmirdə ev dustaqlığına məhkum edilib.
Bunun ardından isə rəsmi Ankaranın Vaşinqtona geniş bir heyət göndərməsi qarşı tərəfdə yenə Bransonun dərhal sərbəst qalacağına dair ümidləri yüksəldib. Xarici işlər nazirinin müşaviri Sedat Önal ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyində görüşlər keçirib. Lakin türkiyəli rəsmilər Bransona görə bir zəmanət verməyiblər.
Rəsmilərə görə bu vəziyyət Tramp Administrasiyasının başqa türk siyasətçilərinə də qarşı sanksiya tətbiq etməsi ilə nəticələnə bilər.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Türkiyədə ev dustaqlığında olan ABŞ vətəndaşı rahib Endryu Bransonla bağlı Türkiyə daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Abdülhamit Gülə qarşı sanksiya tətbiq etməyə qərar verib. Sanksiyalarla sözügedən nazirlərin ABŞ-a girişi qadağan ediləcək.
ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bu məsələ ilə bağlı bəyanat verərək rahib Bransonun Türkiyədə istintaqa cəlb edilməsinin yolverilməz olduğunu bildirib. Türkiyə tərəfinin bu bəyanatlara cavabı özünü çox gözlətməyib.
Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın sanksiyalar barədə aqressiv bəyanatlarına qarşı hər cür tədbirləri görməyə hazır olduqlarını bildirib.
"Şübhəsiz ki, bu qərar hüquq və ədalət prinsiplərinə, ABŞ-Türkiyə münasibətlərinə ziddir" — deyə Türkiyə tərəfi bəyan edib.
Öz növbəsində prezident Ərdoğan ABŞ-ın daxili işlər və ədliyyə nazirlərinə qarşı analoji addım atılacağını vurğulayıb.
Onu da bildirək ki,ABŞ Senatında "F-35" beşinci nəsil qırıcı təyyarələrin Türkiyəyə tədarükünün qadağan edilməsi təsdiq olunub. Bu qərar ABŞ Senatının Baş Assambleyasında təsdiqlənib. Bundan sonra sənəd təsdiqlənməsi üçün ABŞ prezidenti Donald Trampa göndəriləcək. Prezident sənədi imzalayarsa, Türkiyəyə qarşı "F-35" sanksiyası da qüvvəyə minəcək. Məlumata görə, Trampın "F-35" məsələsində Türkiyəyə güzəştə gedəcəyi ehtimalı çox azdır.
Nazir sabiq rəisə yeni vəzifə verdi
Sabiq direktorunun cinayət işi məhkəməyə göndərilib
Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR
Məhkəmə Ələsgər Məmmədliyə "yox!" dedi
"Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin..." - Prezidentin köməkçisi
Güclü külək əsəcək - Xəbərdarlıq
Hamlet faciəsi illər sonra səhnədə -FOTO
Mübariz və Mais Mənsimovlar məhkəməyə verildi
Bakıda və Abşeronda havada toz müşahidə olunur
125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb