Tanınmış aparıcı "Azərişıq" ASC-yə etiraz etdi: "9 gün evdə olmaya-olmaya 138 manat borc yazıblar"

img

09-08-2018 [13:25]


Son günlər elektrik enerjisi pulunun istifadədən artıq gəlməsi ilə bağlı sosial şəbəkələrdə, mətbuatda xeyli xəbərlər yazılır.

Bu məsələyə artıq tanınmışlardan da reaksiyalar gəlməyə başlayıb.

Belə ki, "Azad Azərbaycan" radiosunda "Avtostop" verilişinin aparıcısı, tanınmış jurnalist Tural Yusifov 31 iyulda elektrik enerjisinin ödənişini edərək evdən çıxdıqlarını, amma buna baxmayaraq 138 manat elektrik pulu yazıldığını bildirib:

"1 avqustda ölkədən çıxmışam. 9 gündür bizim evdə heç kəs yoxdur. Boş ev 138 manatlıq elektrik sərf edib"/Cebhe.info



Digər xəbərlər
SON XƏBƏRLƏR