"Cənubi Qafqazda vəziyyət olduqca gərgindir, Qarabağda..." - Rusiyalı hərbi ekspertdən xəbərdarlıq

img

09-08-2018 [12:51]


"Bütövlükdə Cənubi Qafqazda vəziyyət olduqca gərgindir. Bu baxımdan, yaxın zamanlarda Dağlıq Qarabağda silahlı münaqişə baş verə bilər".

Bu barədə Rusiyanın tanınmış hərbi eksperti Pavel Felqenhauer "RTVI”yə müsahibəsində deyib.

Onun fikrincə, Qarabağda alovlanacaq müharibə Gürcüstana də təsirsiz ötüşməyəcək. Çünki məhz Gürcüstan vasitəsilə Rusiya Ermənistanla quru əlaqəsi yaratmaq imkanına sahibdir.

"Hazırda Rusiyanın Ermənistandakı yeni rəhbərliklə çox böyük çətinlikləri var. Ona görə də Dmitri Medvedev (Rusiyanın baş naziri – red.) Ermənistanı da nəzərdə tutaraq birbaşa formada dedi ki, Gürcüstanın NATO, Amerika və Qərbə tərəf gələcək addımları bütün regionda qorxunc müharibəyə gətirib çıxaracaq” – deyə, rusiyalı hərbi ekspert vurğulayıb.

Felqenhauerin sözlərinə görə, İrəvan Tbilisinin yolu ilə getməyə cəhd etsə, Dağlıq Qarabağda irimiqyaslı müharibə və ciddi məğlubiyyətlə üzləşə bilər/Azvision.az


Digər xəbərlər
SON XƏBƏRLƏR