"İdeal-V” tikinti şirkətinin rəhbərliyi ilə bağlı 6 milyonluq qalmaqal - Məhkəmə prosesi

img

06-08-2018 [18:03]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir mənzili bir neçə nəfərə satmaqda təqsirləndirilən "İdeal-V” tikinti şirkətinin direktoru Çingiz Məmmədov, şirkətin təsisçisi və faktiki rəhbəri İsa Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Mia.az "Report"a xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktına əsasən, Ç.Məmmədov və İ.Məmmədov 2007-ci ildən 2015-ci ilə qədər vətəndaşların etibarından sui-istifadə edərək, tamah niyyəti ilə onlara qarşı dələduzluq edib. Hər iki şəxs bir mənzili bir neçə şəxsə satıb.

Onlar bir neçə zərərçəkmişə 5 milyon 900 min manat məbləğində ziyan vurub.

Elan olunmuş ittiham üzrə hər iki şəxs özlərini təqsirli bilmədiklərini deyiblər.

Daha sonra İ.Məmmədov sərbəst ifadə verib. O deyib ki, şirkətdə sənədləşmə işlərindən xəbərsiz olub: "Mən sırf tikinti işləri ilə məşğul olmuşam. Pulları isə banklardan götürmüşük. Digər işlərə mən baxmamışam".

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarədə istintaq zamanı "İdeal-V” tikinti şirkətinin direktoru Ç.Məmmədovun həmin vəzifədə işləyərkən şirkətin təsisçisi və faktiki rəhbəri İ.Məmmədovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qulluq mövqeyindən istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə cəmiyyət tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa olunmuş çoxmərtəbəli yaşayış binasındamənzilləri təkrarən ayrı-ayrı şəxslərə sataraq 3 milyon 206 min 310 manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Onlar Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri təqsirləndirilən şəxs qismində cəlb olunmaqla vətəndaşlara vurulmuş ziyanın ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmələrinə baxmayaraq, bundan yayındıqlarından barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ç.Məmmədovun 10 il, İ.Məmmədovun isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Daha sonra həmin şəxslərin barəsində yenidən eyni maddələrlə cinayət işi başlanıb, ayrıca icraata verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR