Xanım deputat və oğlunun 8 milyonluq cinayət işi - səs yazısı... (AUDİO+FOTOLAR)

img

03-08-2018 [11:23]


5 ildir ki, Milli Məclisin deputatı, Əfv Komissiyasının üzvü Elmira Axundova və oğlu Həbib Axundovun adı mətbuatın gündəmindən düşmür. Elmira Axundovanın, Həbib Axundovun adı böyük bir dələduzluq işində hallanır. Ötən müddətdə üzə çıxan səs yazıları, stenoqramlar, sənəd və sübutlar da ortada böyük bir dələduzluq işinin olmasını sübuta yetirir.

Mia.az musavat.com-a istinadən xəbər verir ki, bu prosesdə zərərçəkmiş Fərman Məmmədov deyir ki, onda olan səs yazısı məsələnin mahiyyətini ortaya qoyur.Belə ki, həmin danışıqda xanım deputat və oğlu borclarını ödəyəcəklərini vəd edirlər.

Həmin səs yazısını oxuculara təqdim edirik:



Zərərçəkimiş Fərman Məmmədov əlavə edib ki, millət vəkili Elmira Axundova oğlunun biznesi olduğuna onu inandırmağa əlindən gələni edirdi:

"Bu söhbətlər olana qədər - iyulun 25-də Həbib Axundov məni ailə məclisinə dəvət etmişdi. Şüvəlandakı bağında Elmira Axundova məni görəndə təəccübləndi, ”Sənin burada nə işin var" deyib qaşqabaq tökdü. Həmin axşam Elnur da ora gəldi. Həbib məni qırağa çəkib söhbət etməyə başladı. Maşına əyləşib "QRES” deyilən yerə getdik. O, Elnurla(adıçəkilən şəxs bu məsələdə dələduzluqda təqsirli bilinir, Həbib pulu onun mənimsədiyini iddia edir) mübahisə etməyə başladı. Elə həmin vaxt Elmira Axundova Həbibə zəng vurdu. Həbib isə anasına monopolistlərlə söhbət etdiyini dedi. Elnurla Həbibin arasında dava düşdü. Deputatın oğlundan dava salmamasını tələb etdim. O isə qayıtdı ki, əgər dava etməyimi istəmirsənsə, puldan əlini üz. Həmin vaxt nə baş verdiyini anlamırdım. Sonradan başa düşdüm ki, bütün bunlar oyun imiş, sırf məni inandırmağa hesablanıb. Mən 575 min manatı Həbib Axundova vermişəm. Bunun müqabilində o pulu biznesə qoyduğunu deyib. Mənə bütün müddətdə Həbib Axundov 125 min manat qaytarıb və həmin pulun biznesdən əldə olunan gəlir olması təsəvvürünü yaradıb. Sonradan başa düşdüm ki, qaytarılan pul öz pullarımdır, yəni biznes filan da olmayıb. İşin içində 1 dənə də olsun katric biznesinə aid sənəd yoxdur. Yəni məni Həbib Axundov, anası öz sözləri, hərəkətləri ilə inandırmışdılar ki, pulu biznesə yatırıblar. Elmira Axundova oğlunun biznesinin olmasına inanmağım üçün əlindən gələni edib!"



Digər xəbərlər
SON XƏBƏRLƏR