Baş nazirin müavinin nəvəsi azadlığa buraxılmayıb? - Məhkəmə qərarı + Vəkildən açıqlama

img

02-08-2018 [22:05]


Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev növbəti dəfə məhkəmə önünə çıxarılıb.

Mia.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilən N.Allahverdiyev apellyasiya şikayəti verib.

İşə Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baxılıb. Məhkəmənin qərarına əsasən N.Allahverdiyevin cəzası şərti hesab edilib və o, azadlığa buraxılıb.

***

Nail Allahverdiyevin vəkili Muxtar Mustafayevin REAL-a verdiyi məlumata görə, məhkəmənin qərarına əsasən N.Allahverdiyev azadlığa buraxılmayıb.

Vəkilin sözlərinə görə, məhkəmənin qərarı ilə Nail Allahverdiyevin cəzası 5 il azadlıqdan məhrumetməyə qədər azaldılıb və bu müddətin yerdə qalan hissəsini o, məntəqə tipli islah müəssisəsində keçirəcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR