Fədayə Laçının işi Ağır Cinayətlər Məhkəməsinə GÖNDƏRİLDİ

img

22-07-2018 [19:55]


İki nəfər məhbusun qaçmasında təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçın, Penitensiar Xidməti əməkdaşlarının, Əli Ağaminin və digərlərinin barəsində istintaqı yekunlaşan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Mia.az-;n Modern.az-a istinadən məlumatına görə, F.Məmmədovanın (Fədayə Laçın) vəkili bildirib ki, iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Xatırladaq ki, 2017-ci il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən 3 nəfər saxlanılıb. Onlardan biri tanınmış müğənni Fədayə Laçındır. Fədayə Laçınla yanaşı, Məhəmməd Hacıyev və Günay Atakişiyeva barəsində həbs qətimkan tədbiri seçilib. Bundan başqa, hadisə ilə əlaqədar Pentensiar Xidmətin bir neçə əməkdaşı da həbs olunub.



Digər xəbərlər
SON XƏBƏRLƏR