"Bundan sonra ABŞ-a güvənə bilmərik" - Merkel

img

22-07-2018 [11:10]


"Ölkəmiz ABŞ-la əməkdaşlıq üçün səy göstərməyə davam edəcək, ancaq bundan sonra ABŞ-ın dünya nizamını davam etdirməsinə güvənə bilmərik".

Bunu Almaniya kansleri Angela Merkel bildirib.

Merkel ölkənin daxili və xaricindəki problemlərə rəğmən, missiyasını davam etdirəcəyini söyləyib.

Kansler qeyd edib ki, Trampın Almaniyanın Rusiyanın "əsir"i olması barədə dediklərinə baxmayaraq, ABŞ-la əlaqələr mühüm əhəmiyyət kəsb edir.

ABŞ-ın supergüc olmasına güvənə bilməyəcəklərini deyən Merkel avtomobil idxalı ilə bağlı tətbiq edilən vergilərin də çox təhlükəli vəziyyətə gətirib çıxaracağını vurğulayıb/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR