"Azərbaycan-Türkiyə münasibətləri fərqli müstəvidədir" - Erkan Özoral

img

21-07-2018 [12:40]


Azərbaycan-Türkiyə münasibətləri "bir millət – iki dövlət” prinsipinə əsaslanıb.

Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bakıda keçirilən Beynəlxalq Media Forumunda çıxışı zamanı deyib.

Səfir qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətlərinin dünyaya, eyni zamanda qardaş toplumlara çatdırılmasında medianın rolu çox böyükdür.

E.Özoral vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətləri fərqli müstəvidədir: "İki ölkə arasında əlaqələr "bir millət – iki dövlət” prinsipinə əsaslanıb”.

Diplomat bildirib ki, 2018-ci il iki ölkənin münasibətlərində çox mühüm il olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR