239 sürücü işdən qovuldu - Kobud davranışa görə

img

20-07-2018 [15:50]


"BakuBus" MMC-nin istifadəsində 13 marşrut xətti var.

Mia.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "BakuBus" MMC-nin durektor müavini Azər Qasımov deyib.

Onun sözlərinə görə, marşrut sürücülərinin sərnişinlərlə münasibətinə xüsusi diqqət yetirilir: 
"2017-ci ildə sərnişinlərlə kobud davrandığı və yol verdiyi xətalara görə 154 sürücü işdən azad olunub. 2018-ci ilin 6 ayı ərzində isə 85 sürücü işdən kənarlaşdırılıb. Bundan başqa, bu vaxta qədər 300-dək sürücü töhmət və xəbərdarlıq alıb. Bəzən həmkarlar təşkilatının qərarı ilə qaydalara riayət etməyən sürücüləri işdən azad edirik".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR